Panamada baş verən 7.6 maqnitudalı yeraltı təkanlar nəticəsində azı 27 nəfər xəsarət alıb.
Bu barədə İspaniyanın EFE agentliyi məlumat yayıb.
Məlumata görə, təxminən 300 sakin təhlükəsiz ərazilərə köçürülüb. Təbii fəlakət nəticəsində 142 yaşayış evi və 188 məktəb daxil olmaqla 400-dən artıq binaya ziyan dəyib. Ölənlər və itkin düşənlər barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi dünən yerli vaxtla saat 11:56-da (Bakı vaxtı ilə 21:56-da) Panamada 7.6 bal gücündə zəlzələ qeydə alıb. Yeraltı təkanların episentri paytaxtdan 213 km cənub-qərbdə yerləşib, ocağı isə 12 km dərinlikdə olub.








