RU
lombard
Pandemiyanın səbəb olduğu dərman qıtlığı malyariyanın fəsadlarını artırıb
00:20
1516

Pandemiyanın səbəb olduğu dərman qıtlığı malyariyanın fəsadlarını artırıb

2020-ci ildə koronavirus pandemiyasının səbəb olduğu dərman qıtlığı dünyada malyariya xəstəliyindən ölüm hallarını xeyli artırıb.

"Report” Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinadən xəbər verir ki, bütövlükdə ötən il malyariyaya 241 milyon nəfər yoluxub və həmin xəstəlikdən 627 min nəfər ölüb. O cümlədən 50 minədək ölüm halı "pandemiya dövründə malyariyanın profilaktikası, müayinə və müalicəsilə bağlı yol verilən fasilələr”in nəticəsidir.

Yoluxmaların 95 faizi, ölümlərin isə 96 faizi Afrika ölkələrinin payına düşür. Bundan əlavə, ölənlərin 80 faizə qədəri 5 yaşınadək uşaqlardır.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ