RU
Parlamentdə dava: prezident fitə basıldı, müxalifətçilər döyüldülər - VİDEO
13:30
269

Parlamentdə dava: prezident fitə basıldı, müxalifətçilər döyüldülər - VİDEO

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zuma ölkə parlamentində çıxış edərkən müxalifətçi deputatlar onu fitə basıblar.

7News.az ABC-yə istinadən bildirir ki, "İqtisadi Azadlıqlar Uğrunda Mübarizlər" Partiyasının təmsiçiləri olan 25 deputat əyinlərinə qırmızı paltar geyinmişdi. Zuma nitqlə çıxış edəndə onlar təxminən 1 saat ərzində dövlət başçısını fitə basıblar.

Parlamentin mühafizləri müxalifətçi deputatları zorla iclas zalından çıxarıblar.

Parlament binası qarşısında mitinq keçirən müxalifətçiləri isə polis işıq  və səs qumbaralarından istifadə edərək dağıdıb.

Korrupsiyada suçlanan C.Zumaya qarşı etimadsızlıq votumunu müzakirəyə qoymaq istəyən müxalifətçilər niyyətlərinə çatmayıblar. Parlament səs çoxluğu ilə votumu rədd edib.//milli.az

 

7News.az

Parlamentdə dava: prezident fitə basıldı, müxalifətçilər döyüldülər

Parlamentdə dava: prezident fitə basıldı, müxalifətçilər döyüldülər - 1

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ