Türkiyə Böyük Millət Məclisində 23 aprel Uşaq bayramı münasibətilə keçirilən xüsusi iclasa dəvət edilən diplomatlara qadağalar tətbiq edilib.
7News.az Türkiyə mətbuatına istinadən bildirir ki, iclasda iştirak edən xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri ayağını bir-birinin üstünə aşırıb oturduqları zaman parlamet yetkilisi tərəfindən onlara xəbərdarlıq edilib. Xəbərdarlıq alan diplomatlar sırasında Fransanın Ankaradakı səfiri Carlz Fries də olub.
Parlamentin daxili nizamnaməsində ayağı ayağın üstünə aşırıb oturmaq qadağası yoxdur. Həmin nizamnamənin 169-cu maddəsində deyilir: "Dinləyicilər onlara ayrılan yerdə sakit oturmaq məcburiyyətindədir. Dinləyicilər görüşlərində, qəbul və ya müzakirələrdə alqış və ya hər hansı hərəkətlə münasibətlərini ortaya qoya bilməzlər. Bu qadağaya əməl etməyənlər o yerin düzənini qorumağa məsul olan şəxs tərəfindən dərhal bayıra çıxarılır”.//cebhe.info
7News.az








