Bağdad yaxınlığında avtomobilin partlaması nəticəsində ölənlərin sayı artıb.
7News.Az xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 16 nəfərdən 60 nəfərə çatıb. Ən azı 70 nəfərin xəsarət aldığı bildirilir.
Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Qeyd edək ki, səhər saatlarında yayılan xəbərdə partlayış nəticəsində 16 nəfərin həlak olduğu bildirilirdi.








