Zaqatalada partlayış nəticəsində xəsarət alan polis kapitanı Bakıya göndərilib. Bu barədə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata əsasən, çoxsaylı qəlpə yaraları alan şəxsin bədənindən qəlpələrin bir qismi çıxarılıb və müalicəsinin davamı üçün paytaxt xəstəxanalarından birinə göndərilib.
Hadisə bu gün səhər saatlarında Zaqatalanın Əliabad qəsəbəsində baş verib. Polis sahə müvəkkili iş otağına daxil olarkən anidən partlayış baş verib. İlkin ehtimala görə, qumbaranın partlaması nəticəsində polis kapitanı, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev çoxsaylı qəlpə yaraları alıb. O, ilk olaraq rayon xəstəxanasına çatdırılıb və burada ona ilkin tibbi yardım göstərilib. Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində əməliyyat tədbirləri apararaq hadisənin baş vermə səbəblərini araşdırırlar./Kanal S
7news.Az








