Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan etiraf edib ki, ön cəbhədə dəfələrlə olub və erməni əsgərlərinin qidalarını dadıb.
"Hazırkı yeməklər dəhşətdir”, - Paşinyan mətbuat konfransında bildirib.
7News.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, yeni hökumət bu məsələ ilə məşğul olacaq.
O əlavə edib ki, valideynlər üçün ən üzücü məktub övladlarının normal qida göndərmələrini xahiş etməsi ilə bağlıdır.
7News.Az








