RU
Paşinyan həmsədrlərlə görüşdü
11:20
308

Paşinyan həmsədrlərlə görüşdü

İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşüblər.

7News.Az xəbər verir ki, görüşdə Paşinyan ATƏT-in Minsk qrupunun beynəlxalq ictimaiyyətin mandatına malik yeganə format kimi vacibliyini vurğulayıb.

Tərəflər Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevin Nikol Paşinyanla görüşü və orada əldə olunan razılaşmalara dair fikir mübadiləsi aparıblar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ