RU
Paşinyan istefaya gedəndə “baş nazir əvəzi” olacaq
12:00
333

Paşinyan istefaya gedəndə “baş nazir əvəzi” olacaq

Ermənistanda erkən parlament seçkilərinin keçirilə bilməsi üçün baş nazir Nikol Paşinyanın gözlənilən istefasından sonra icra hakimiyyəti başçısının vəzifələrini onun müavini Tiqran Avinyan yox, Paşiyanın özü həyata keçirəcək.

Bu barədə məlumatı aprelin 20-də keçirilən parlament brifinqi zamanı hakim "Mənim addımım” fraksiyasından deputat Arman Yeqoyan verib. O bunu da bildirib ki, Paşinyanın istefası aprel ayının son dekadasında gözlənilir.

Yeqoyanın sözlərinə görə, hakim "Vətəndaş müqaviləsi” partiyasının parlament seçkisinə ayrıca və ya hər hansı blokun daxilində gedəcəyi məsələsi barədə hələki qərar qəbul olunmayıb. Deputat əlavə edib ki, bu məsələ indilik müzakirə mərhələsindədir.

Bu arada müxalif "Maariflənmiş Ermənistan” fraksiyasından deputat Gevork Qorgisyan aprelin 20-də Milli Məclisdə keçirilən brifinqdə xatırladıb ki, fraksiyanın başçısı Edmon Marukyanın Ermənistanın keçmiş hakimiyyət nümayəndələrinə seçkidə iştirak etmək çağırışına hələlik cavab alınmayıb.

Deputat bildirib ki, ikinci prezident Robert Koçaryan və başqalarından cavab alınmasa da, təklif qüvvədə qalır. Marukyan keçmiş hakimiyyət nümayəndələrinin seçki kampaniyasında iştirak etməyəcəyi təqdirdə Ermənistanda hakimiyyət dəyişikliyini "Maariflənmiş Ermənistan” fraksiyasının həyata keçirəcəyini demişdi.

Deputat Qorgisyan daha sonra deyib: "Bu təklif açıq verilib. Biz bu mərhələdə heç bir qüvvə ilə ayrıca danışıqlar aparmırıq. Əgər hər hansı qüvvə ilə danışıqlar aparılırsa, bunu pərdə arxasında yox, açıq və şəffaf şəkildə edirik”.

Millət vəkili brifinqdə baş nazir Nikol Paşinyanın orduda müddətli həqiqi xidmətin müddətini azaltmaq və xidməti ümumiyyətlə, hər beş ildən bir keçirilən 2-3 aylıq hərbi toplanışlarla əvəz etmək ideyasını tənqid edib.

Qorgisyan deyib ki, belə bir addımın atılması ölkənin milli təhlükəsizliyini riskə ata bilərdi. O bildirib ki, Paşinyanın belə fikirləri səsləndirməsi seçki qabağı xal qazanmaq məqsədi güdür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ