Mən hesab edirəm ki, çox mühüm hadisə baş verib.
Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrəvana səfərini şərh edərkən deyib.
"İki ölkənin Baş nazir müavinlərinin səfərlərini sülh prosesinin məntiqi və institutlaşması baxımından tarixi hesab edirəm. Sevinirəm ki, bu mərhələyə çatdıq”, - Nikol Paşinyan qeyd edib.
Xatırladaq ki, aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.








