Ermənistanda naməlum şəxslər ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Vanadzor-Gümrü yolundakı addımlayan heykəlinin başını kəsiblər.
7News.Az xəbər verir ki, bu haqda "Novosti-Armeniya” məlumat yayıb.
Sosial şəbəkələrdə yayılmış fotoşəkillərdən heykəlin başsız qaldığını görmək olur.
Xatırladaq ki, dekabrın əvvəlində "Mənim addımım” adlandırılan və Nikol Paşinyanın Gümrüdən yürüşünü simvolizə edən hekyəlin ayağının bir hissəsi oğurlanmışdı.
7News.Az








