"Ermənistanın yüksək vəzifəli şəxsləri parlamentdəki konkret 4 şəxsə qarşı dözümsüzlük göstərməyi əmr edib".
Bu barədə "Joxovurd" qəzeti yazıb.
Mənbələrinə istinad edən Ermənistan nəşri qeyd edib:
"Ermənistan" parlament fraksiyasının rəhbəri Seyran Ohanyan, Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan, Vaqe Akopyan və "Şərəf" fraksiyasındanAnna Mkrtçyan.
"Vətəndaş Müqaviləsi"ndən olan deputatlar Vaqe Akopyanı Sünikdə Baş naziri Nikol Paşinyana, İşxan Saqatelyanı İrəvanda hakimiyyətə qarşı etiraz aksiyaları təşkil etməkdə ittiham edirlər.
Səlahiyyətlilər İşxan Saqatelyanın bu sözlərini unutmurlar: "Sizə Milli Məclisdə rahatlıq verməyəcəyəm".
Seyran Ohanyanı 44 günlük müharibədən sonra hakimiyyəti "tərk edib" ikinci prezident Robert Köçəryanın yanına getdiyinə görə "bağışlamırlar".
Anna Mkrtçyanın bağışlanmaz səhvi isə Nikol Paşinyanı "təslimçi" adlandırmasıdır.
Сейчас власти преследуют цель не дать этим лицам покоя в парламенте, и во вчерашней драке в основном на них нападали члены ГД. Все это правящая фракция будет еще долго продолжать.
İndi səlahiyyətlilər parlamentdə bu insanlara rahatlıq verməmək məqsədi güdür və dünənki davada əsasən sözügedən şəxslər "Vətəndaş Müqaviləsi"nin deputatları tərəfindən hücuma məruz qalıblar.
Hakim fraksiya bütün bunları uzun müddət davam etdirəcək".








