RU
Paşinyanın istefasını tələb edən korpus komandiri işdən çıxarılıb
21:00
439

Paşinyanın istefasını tələb edən korpus komandiri işdən çıxarılıb

Ermənistanda daha bir general işdən çıxarılıb.

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında birinci ordu korpusunun komandanı, general-mayor Jirayr Poqosyanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb.

J. Poqosyanın işdən çıxarılmasının səbəbi açıqlanmır.

2018-ci ilin iyunundan bu vəzifəni tutan J. Poqosyan 2021-ci ilin fevralında N. Paşinyanın istefasını tələb edən yüksək rütbəli hərbçilər sırasında olub./apa

 

7NEWS.Az


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ