RU
Paşinyanın müavini ABŞ və Fransa səfirləri ilə kommunikasiyaların açılmasını müzakirə edib
21:10
251

Paşinyanın müavini ABŞ və Fransa səfirləri ilə kommunikasiyaların açılmasını müzakirə edib

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan Fransa səfiri Ann Luyo və Fransa İnkişaf Agentliyinin Cənubi Qafqazdakı nümayəndələri ilə regional nəqliyyat dəhlizlərinin açılmasını müzakirə edib.

7NEWS.Az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Ermənistan-Fransa gündəliyindəki məsələlər də müzakirə olunub.

Mqer Qriqoryan bundan öncə isə ABŞ səfiri Linn Treysi ilə regionda kommunikasiyaların açılmasını müzakirə edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ