RU
Paytaxtda avtomobil oğruları tutuldular
19:20
556

Paytaxtda avtomobil oğruları tutuldular

Avqustun 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Fərhad Seyidova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.

7news.Az DİN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Əziz Paşayev tutulub.

Bundan başqa, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Bakı şəhər sakini Ceyhun Cabbarlıya məxsus "Nissan" markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Elnur Şahbazov saxlanılıb.

 7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ