RU
Paytaxtda “Mercedes” maneəyə çırpıldı: Yaralılar var - VİDEO
12:10
256

Paytaxtda “Mercedes” maneəyə çırpıldı: Yaralılar var - VİDEO

Axşam saatlarında paytaxtın Suraxanı rayonu Əmircan kəndi ərazisində yol qəzası baş verib.

Hərəkətdə olan "Mercedes” markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı maneəyə çırpıb.

Hadisə nəticəsində avtomobildə olan 34 yaşlı Fərzəliyev Eldəniz Ədail oğlu və 23 yaşlı Əliyev İsmayıl İlqar oğlu yaralanıb. Hər iki yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ