RU
Paytaxtda piyada yol qəzasının qurbanı olub – FOTO
09:30
360

Paytaxtda piyada yol qəzasının qurbanı olub – FOTO

Bakının Binəqədi rayonunda piyadanı avtomobil vurub.

Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Novruzov Şükür Məhərrəm oğlunun idarə etdiyi "VAZ 2106" markalı, "90-OC-916" dövlət qeydiyyat nişanlı avtomobil 28-30 yaşlarında bir kişini vurub.

Sürücü xəsarətləri ağır olan piyadanı öz avtomobili ilə 1 saylı Xəstəxanaya çatdırıb. Yaralının vəziyyətinin hazırda ağır olduğu deyilir.

Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb./apa

 

7news.Az

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ