Son günlər qar fırtınalarının təsirli olduğu Çinin paytaxtı Pekində baş verən metro qəzasında 102 nəfərin sınıq olduğu açıqlanıb.
7NEWS.az xəbər verir ki, Çinin paytaxtı Pekində dekabrın 14-ü cümə axşamı yerli vaxtla saat 19:00 radələrində baş verən metro qəzası nəticəsində 102 nəfərin yaralandığı açıqlanıb. Çin dövlət mediasının paylaşdığı məlumata görə, qəza ötən gün bir metronun son iki vaqonunun metronun qalan hissəsindən ayrılması zamanı baş verib. Son günlər qar fırtınalarının təsirli olduğu Pekində metronun yer üstü hissəsində baş verən hadisədə 102 nəfərin sınıq xəsarətləri aldığı bildirilib.
7NEWS.az








