RU
Pelenin oğlu Braziliya polisinə təslim oldu
11:37
362

Pelenin oğlu Braziliya polisinə təslim oldu

Əfsanəvi Braziliya futbolçusu Pelenin oğlu Edson Şolbi Nasimentu (Edinyo) 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.

Braziliya məhkəməsi 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb. Amma Edinyo işi appelyasiya məhkəməsində baxıldığı dövrdə azadlıqda qalıb. 

Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.

Cümə günü 46 yaşlı Edinyo Santos şəhərinin polis idarələrindən birinə gəlib. 

"Çox məyusam, çünki məni törətmədiyim cinayətdə - çirkli pulların yuyulmasında ittiham edirlər”, - Reuters onun sözlərindən sitat gətirib. 

Araşdırma 2005-ci ildə başlayıb. Edinyoya qarşı tanınmış narkotacirlərlə əlaqə və narkoticarətdə iştirakla bağlı ittiham irəli sürülüb. O isə ittihamları qətiyyətlə təkzib edərək bildirib ki, narkotik qəbul etsə də, onların satışında iştirak etməyib.

Edinyo ötən əsrin 90-cı illərində Braziliyanın məşhur "Santos” klubunda çıxış edib. Onun atası Pele də məhz "Santos”da məşhurlaşıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ