Paytaxtda Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə Gürcüstan vətəndaşı Maksime Kobuladzenin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğu barədə məlumat daxil olub.
7news.Az ARB TV-yə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əcnəbi şübhəli şəxs qismində tutulub.
Onun əlindəki torbadan 5 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Kobuladzenin ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, o, narkotik tərkibli bitkiləri Tovuz rayonu ərazisində yabanı halda bitən sahədən yığıb. Saxlanılan şəxsin ifadəsinin yerində yoxlanılması məqsədi ilə istintaq qrupu Tovuz rayonuna ezam olunub. Həmin ərazidən yabanı halda bitən 750 ədəd ümumi çəkisi 800 kiloqram olan çətənə kolları aşkar olunaraq müvafiq protokol tərtib olunaraq məhv edilib.
Maksime Kobuladze - saxlanılan şəxs: "Avtobusla gedirdim, pəncərədən çətənə kollarını gördüm və bundan sonra onları topladım, gətirib qurutdum. Bilirəm ki, qanunu pozmuşam və əməlimə görə cavab verməyə hazıram".
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
7news.Az
Videonu izləmək üçün şəklə klikləyin:










