RU
Pentaqon: “Əl Qaidə” və İŞİD Əfqanıstandadır
23:54
1005

Pentaqon: “Əl Qaidə” və İŞİD Əfqanıstandadır

"Əl Qaidə” və İŞİD terror təşkilatları Əfqanıstanda mövcudluqlarını qoruyub saxlayırlar, lakin onların üzvlərinin sayı Amerikaya məlum deyil.

Bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi deyib.

"Biz bilirik ki, "Əl Qaidə” İŞİD kimi Əfqanıstanda mövcuddur. Biz hesab etmirik ki, (onların döyüşçülərinin sayı - red) həddən artıq çoxdur, amma bizdə sizin üçün dəqiq rəqəm yoxdur”, - o deyib.

ABŞ Əfqanıstanda amerikalılar barəsində zorakılıq haqqında xəbərlərdən narahatdır. Amerika rəsmiləri "taliblər”ə bunun qəbuledilməz olduğunu bildiriblər./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ