RU
Pentaqon:
00:40
1004

Pentaqon: "Talibanla görüşün təfərrüatlarını bölüşməyəcəyik"

"Taliban amerikalılara Kabildakı hava limanına girişi təmin etməyə kömək edir”.



Bunu Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü John Kirby deyib.

John Kirby Əfqanıstanda təxliyə əməliyyatının normal şəkildə davam etdiyini bildirib.
ABŞ və Taliban arasındakı təmasların necə davam etməsi məsələsinə isə Pentaqonun sözçüsü Talibanla keçirdiyimiz hər görüşün təfərrüatlarını bölüşməyəcəyəm deyib.

"Amma əsas odur ki, hava limanına çatmaq istəyənlərin təhlükəsiz keçidini təmin etsinlər”, - deyə şərh edib./Bakupost
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ