RU
Permdə universitetə hücum edən tələbənin ayağı amputasiya olundu
23:00
945

Permdə universitetə hücum edən tələbənin ayağı amputasiya olundu

Rusiyanın Perm Universitetinə silahlı hücum edərək 8 nəfəri qətlə yetirən I kurs tələbəsi Timur Bekmansurovun ayağıl amputasiya olunub.

Bu barədə life.ru məlumat yayıb. Bildirilir ki, Bekmansurov reanimasiyadadır və hələlik şüuru qapalıdır. Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndirir.

Xatırladaq ki, Timur Bekmansurov silahlı hücumu sentyabrın 20-də təşkil edib. 20-dən çox insan yaralanıb. Timur özü isə saxlanılarkən müqavimət göstərdiyi üçün güllə yaraları alıb./qafqazinfo
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ