Peru siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycanda səfirlik açmaq niyyəti olduğunu açıqlayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi Peru Respublikasının bu qərarını alqışlayıb və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirib.








