RU
14:35
400

"Peterburq terrorçusu" barədə YENİ FAKT: Türkiyədən deportasiya edilmişdi

Rusiyanın Sankt Peterburq şəhərində metroda terror aktı törətmiş Qırğızıstan əsilli Əkbərcan Cəlilov 2016-cı ildə Türkiyə hüdudlarından kənara çıxarılmışdı.

7News.az xəbər verir ki, 22 yaşlı terrorçu-intiharçı 2015-ci ilin noyabrında Türkiyəyə turist vizası ilə gəlib. Lakin viza ilə bağlı qaydaları pozduğu üçün 2016-cı ilin dekabrında deportasiya edilib.

Onun 120 gün ərzində Türkiyəyə girişinə qadağa qoyulduğu bildirilir.

 

Xatırladaq ki, aprelin 3-də Sankt Peterburqda metro qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olub.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ