RU
Pilot Savçenko Vətəninə uçur
16:09
1174

Pilot Savçenko Vətəninə uçur

Ukrayna prezidenti Petr Poroşenko Rusiyada mühakimə edilən Nadejda Savçenkonu dəyişdirmək üçün Rostov-na-Donuya yola düşüb.

Onun təyyarəsinin göyərtəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov uçur.

7News.Az xəbər verir ki, bu barədə “İnterfaks”a məlumatlı mənbə çərşənbə günü bildirib.  

Məlumata görə, Ukrayna prezidenti Petr Poroşenkonun təyyarəsi yaxın saatlarda Rostov-na-Donu aereportuna enəcək. Dövlət başçısı Nadejda Savçenkonu Kiyevdə QRU döyüşçüləri hesab edilən rusiyalılara dəyişdirmək üçün Rusiyaya gəlib.

“Yaxın saatlarda içində Yerofeyev və Aleksandrovun da olduğu prezident təyyarəsi Rostova enəcək. Savçenko artıq Rostovdadır”, agentliyin həmsöhbəti bildirib. O, elə aeroportda rus hərbçiləri ilə Savçenkonun dəyişdiriləcəyini söyləyib.

Digər həmsöhbət Savçenkonu iki dövlət arasında cəzanın qalan hissəsini çəkmək üçün şəxslərin verilməsinə dair müqavilə üzrə Ukrayna tərəfinə verəcəklər. Onun sözlərinə görə, ukryanalı təyarəçini müşahidə edən hüquq-mühafizə orqanı əməkdaşları artıq Rostov-na-Donu aeroportundadırlar.

“İkitərəfli müqaviləyə əsasən, Ukrayna hakimiyyəti ölkədə saxlanılmış iki rusiyalını təhvil verməlidir”, - Rusiya agentliyinin həmsöhbəti bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ