Azərbaycanın pilotsuz uçan döyüş aparatı bu gün axşam saatlarında erməni könüllülərini cəbhəyə aparan avtobusa zərbə endirib.
7News.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Zərbələr nəticəsində 6 erməninin öldüyü bildirilir.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan xəbəri təsdiq edib. Bildirib ki, könüllülər arasında ölənlər var. Ovanisyan ölü sayını dəqiq açıqlamayıb.
Erməni KİV-lərin məlumatına görə, Azərbaycanın pilotsuz uçan döyüş aparatının zərbə endirdiyi avtobusda Ermənistanın Sünik vilayətindən olan könüllü “Sünik batalyonu”nun yaraqlıları olub. Avtobusda Ermənistanın iki kənd icma başçısı (“starosta”) da olub.
7News.Az








