RU
PKK-DAN QAÇAN TERRORÇUNUN ETIRAFI —
16:40
437

PKK-DAN QAÇAN TERRORÇUNUN ETIRAFI — "ATAM MƏNI MƏCBURƏN ORA YERLƏŞDIRDI"

PKK terror qruplaşmasından üzvlərin qaçma halları davam edir.

Türkiyə ilə sərhədin o tayında yerləşən terror düşərgəsindən iki nəfər qaçaraq jandarmaya təslib olub. 16 yaşlı R.K. və 22 yaşlı M.D. ifadələrində qaçırılaraq qruplaşmaya üzv edildiklərini və düşərgələrdə başlarına gələn müsibətlərdən danışıblar.

8-ci sinifdə oxuyarkən qaçırıldığını söyləyən R.K. pis davranış və təzyiq səbəbindən PKK-dan qaçdığını bildirib. M.D. isə 17 yaşı olanda atası tərəfindən məcburən PKK-ya yerləşdirildiyini söyləyib.

M.D. deyib: "Ata-ana üzü görməmişəm. Oxuyub peşə sahibi olmaq istəyirdim. Amma alınmadı. Əvvəl də qruplaşmadan qaçmaq istəyirdim. Amma həbs edildim"./olke.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ