PKK terrorçuları Tunceli şəhər mərkəzində polis və jandarmaya hücum edib.
7news.az xəbər verir ki, şəhərin Respublika Məhəlləsində yerləşən Jandarma Region Komandirliyi qarşısında təhlükəsizlik qüvvələri ilə PKK-lar arasında qarşıdurma olub.
Hadisə yerinə təhlükəsizlik orqanları cəlb olunub.
Ölən və yaralanan barədə məlumat verilməyib.
7news.az








