RU
PKK terrorçuları polisi atəşə tutdu — 2 yaralı
01:40
311

PKK terrorçuları polisi atəşə tutdu — 2 yaralı

Türkiyədə terrorçular hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı hücum təşkil ediblər.

Hadisə Mardin vilayətinin Nusaybin rayonunda qeydə alınıb. PKK terrorçularının hücumu nəticəsində 1 əsgər və 1 polis əməkdaşı yaralanıb.

İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bu gün Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində Mardin vilayətində PKK terrorçularının yeraltı sığınacağı aşkarlanıb. Yeraltı sığınacaqda silah və sursat saxlanılırmış. Silahlar müsadirə olunub. Ərazi dağıdılıb./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ