RU
PKK terroru davam edir
11:29
814

PKK terroru davam edir

Türkiyədə PKK terroru davam edir.

7News.Az bildirir ki, ölkənin cənub-şərq vilayətlərində fəal olan terrorçular bu dəfə Hakkarinin Şəmdinli vilayətində əsgərləri hədəf alıb. Hərbi karvanın keçidi sırasında yola döşənən minaların uzaqdan idarə olunan vasitə ilə partladılması nəticəsində 4 hərbçi həyatını itirib.

Məlumatı Baş qərargah təsdiqləyib. Bildirilib ki, hadisə zamanı daha 9 əsgər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Baş verənlərdən sonra dərhal əraziyə əlavə qüvvələr cəlb edilib. Havaya qaldırılan vertolyotlar bölgədə kəşviyyat uçuşları həyata keçirib. Terrorçuların tapılması istiqamətində əməliyyatlara start verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ