Türkiyə ordusu İraqın şimalında "İkinci Kandil" adlanan ərazini bombalayıb.
7News.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələrinə (TSK) aid təyyarələr İraqın Sincar dağı ilə Suriyanın şimal-şərqindəki PKK və YPG hədəflərinə hava hərəkatı təşkil edib.
TSK lazımi hədəflərin vurulduğunu elan edib. Bərzaniyə yaxın kanal "Rüdaw" saytı hava hərəkatı nəticəsində 5 peşmərgənin də öldüyünü bildirib. Ölən peşmərgələrdən birinin şenqallı bir yezidi, digər dördünün isə duhoklu olduğunu bildirilir.
Digər tərəfdən, peşmərgə gücləri Duhok 2-ci Xüsusi Briqada komandirlərindən Hekar Amedi TSK-ya aid döyüş təyyarələrinin Sincar dağında bir çox nöqtəni hədəf aldığını söyləyıb. Amedi döyüş təyyarələrinin saat 02.12 radələrində bombardmana başladığını bildirərək, bombardmanın keçiriləcəyi barədə əvvəlcədən hər hansı bir məlumata malik olmadıqlarını deyib. //cebhe.info
7News.az








