RU
“PlayStation Plus” 2 milyon abunəçisini itirdi
14:52
61

“PlayStation Plus” 2 milyon abunəçisini itirdi

"Xbox” ilə illərdir "PlayStation”ın kölgəsində qalan "Microsoft”, "Game Pass” sayəsində birdən-birə oyun dünyasında böyük uğur qazandı.

7NEWS.az xəbər verir ki, "Sony” bu yaxınlarda oyun dünyasındakı rəqabəti konsollardan abunə xidmətlərinə qədər daşıyan "Microsoft”un bu addımına cavab verdi. "Sony”, istifadəçilərə hər ay iki və ya üç pulsuz oyun təqdim edən və vaxtaşırı xüsusi endirimlər təqdim edən "PlayStation Plus” xidmətini "Game Pass” kimi platformaya çevirib.

"Sony”nin son maliyyə rübü hesabatı çərçivəsində paylaşdığı rəqəmlərə görə, "PlayStation Plus” xidməti iyun ayında yeniləndiyi gündən bu yana 2 milyon abunəçisini itirib. 47,3 milyon olan "PlayStation Plus” abunəçilərinin ümumi sayı 45,4 milyona düşüb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ