Bakının Səbail rayonu, 160 nömrəli məktəbin qarşısındakı maşın sıxlığına son qoyulub.
7News.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri video paylaşıb. Belə ki, məktəbin qarşısında Dövlət Yol Polisi əməkdaşları avtomobil sahiblərinin burada maşın saxlamasına icazə vermir. Bütün maşınları yaxınlıqdakı dayanacaqlara göndərirlər. Bu da həm şagirdlərin, həm də valideynlərin rahat hərəkət edə bilməsinə imkan yaradır.//baku.ws
7News.az










