lombard

Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var
Masallı rayon polis şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan 7News.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Məhərrəməli Məmmədov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən 3 bükümdə psixatrop maddə olan metamfetamin, ona məxsus avtomobildən 12 bükümdə ümumi çəkisi 17,76 qram metamfetamin, 2 ədəd metadon tərkibli dərman preparatı, 1 ədəd bükümdə çəkisi 145 qram narkotik vasitə tiryək və 1 ədəd xəncər aşkarlanaraq götürülüb.

Bundan başqa, Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tərtər rayonu Seyidimli kənd sakini Zöhrəddin Vəliyevdən 1 ədəd " İJ-16" markalı müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.
 
7News.Az

Xəbər lenti