ABŞ-ın Kentukki ştatının ən böyük şəhəri olan Luisvildə, həbsxanada çəkilən görüntülər yayılıb.
7News.Az nypost-a istinadla xəbər verir ki, görüntülərdə polisin qolu qandallı qara dərili məhkumu döyməsi əks olunub.
Görüntülər yayıldıqdan sonra Deyvid Şvartz (David Schwartz) adlı polis işdən qovulub. O, 19 yaşlı məhkumu üzündən yumruqladığına görə vəzifəsindən kənarlaşdırılıb. Deyvidin yanında olan ikinci polis də işdən azad edilib.
7News.Az










