RU
Polislər məşhur döyüşçünü güllələdi
15:00
1474

Polislər məşhur döyüşçünü güllələdi

İndoneziyada görünməmiş hadisə baş verib. Yerli polislərlə üz-üzə gələn fransalı keçmiş MMA döyüşçüsü onlara inanılmaz müqavimət göstərib.

Publika.az xəbər verir ki, hadisə mayın 2-də baş versə də, həmin kadrlar sosial şəbəkələrdə yalnız dünən yerləşdirilib. Kadrlardan da göründüyü kimi, polislər özündən çıxmış idmançını ona aramsız atəş açmaqla zərərsizləşdirə biliblər. Yalnız 20-ci güllədən sonra o, dünyasını dəyişib.

Qaydasız döyüş üzrə keçmiş çempion Amokran Sabe qeyri-adi həyat tərzi sürüb. Restoranlarda dava salır, yeyib-içdiyinin pulunu ödəmirmiş.

Polislər onu hamının gözü qarşısında qətlə yetirməklə “vəzifələrini icra ediblər”./publika

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ