RU
12:30
392

"Polkovnikin qadınla intim görüntülərini çəkdilər" - ŞOK EDƏCƏK ETİRAF

Ankara Baş Prokurorluğunun icra etdiyi FETÖ araşdırmasında "məlumat sahibi" olaraq ifadə verən Haluk S. çox təəccüblü etiraflar edib.

7News.az Milliyet-ə istinadən xəbər verir ki, FETÖ-nün Dəniz qüvvələrindəki imamlarından olan Haluk S. təşkilatın Türkiyə Silahlı Qüvvələrinə (TSQ) necə sızdığını anladıb. İzmir Respublika Baş Prokurorluğunun FETÖ-nün TSQ-də qurulmasıyla bağlı icra etdiyi istintaq zamanı etirafları FETÖ-nü deşifrə edən imamlardan Haluk S.-in Ankara Baş prokurorluğunun icra etdiyi FETÖ dindirilmələrində də "məlumat sahibi" kimi ifadəsi alınıb.

Haluk S. bu məlumatları verib:

"Mənim kimi Dəniz Qüvvələri imamlarından olan müəllim Hüseyn Dalan ilə birlikdə AN-KA Daxili və Xarici Ticarət adlı şirkəti qurduq. Sərmayəni Dəniz Qüvvələrinin məsul nümayəndəsi Kamil Kaya qoydu. Hərbi hissələrə daha rahat girib-çıxmaq üçün bu şirkəti qurduq. MSB İnşaat Əmlaka da daha rahat gediş-gəliş üçün Samay İnşaat Turizm adlı şirkəti qurduq. MSB İnşaat Əmlaka tender almadan buraya daxil ola bilirdim. Eyni zamanda sığorta şirkəti də quraraq hərbi personala sığorta satışı etdik. Bu yolla giriş-çıxışları daha da rahatlaşdırdıq.

Baş qərargah İdarəsi Çakmak Yığıncaq Salonunun yenidən qurulması üçün tender elan edildi. Bu tender S. adlı firmaya verildi. Firmanın bu işə başlamasının ardından MSB İnşaat Əmlak başçısı olan polkovnik T.B.-nin istədiyi rüşvət qarşılığında Dikmendə 1 aylıq müvəqqəti bir ev kirayələdik. Polkovnik tenderə qarşılıq olaraq bir fahişə qadınla kirayə tutduğumuz evdə birlikdə oldular. Birlikdə qaldığımız Kerem C. və adını xatırlamadığım digər yoldaş onların intim görüntülərini çəkdi. Daha sonra bu fotolar xəbərdarlıq məktubu ilə Baş Qərargaha göndərildi. Mən FETÖ-dən ayrıldıqdan sonra polkovnik T.B.-nin təqaüdə göndərildiyini öyrəndim.

 

NATO sıralarına qoşulacaq şəxsi heyət haqqında məlumatlar gəlirdi. Ayda bir dəfə İstanbulda keçirdiyimiz yığıncaqda Kamil Kayaya verdiyimiz bu məlumatlar İstanbul Altunizedədə olan Sürat Bilişimə aid binanın zirzəmisində gizlədilib".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ