RU
Polkovniklə ailəsini öldürən 4-cü azərbaycanlı
11:42
1122

Polkovniklə ailəsini öldürən 4-cü azərbaycanlı

Rusiyada polis-polkovniki və 5 ailə üzvünü xüsusi qəddarlıqla qətlə yetirən azərbaycanlı dəstənin 4-cü üzvü də yaxalanıb.

7News.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, qətlin əsas təşkilatçısı hesab edilən və beynəlxalq axtarışa verilən Məhəmmədəli Əhmədov Tacikistandan Əfqanıstana keçmək istərkən ələ keçirilib. Onun 15 saat ərzində Sızrana gətiriləcəyi bildirilir.

Rusiya DİN-in regional rəisi qeyd edib ki, məhz Əhmədovun digər 3 şəxsi evə gətirdiyi ehtimal edilir.

Qeyd edək ki, cinayətdə şübhəli bilinən digər 3 azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Onlar artıq istintaqa ifadə veriblər. Saxlanılanlardan biri evə oğurluq məqsədi ilə girdiklərini, lakin qorxudan hamını öldürdüklərini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ