RU
13:40
20

"Polo" qasırğası Meksikaya çatdı

5-ci kateqoriyadan 3-cü kateqoriyaya qədər zəifləyən "Polo" qasırğası ötən gecə Meksika sahillərinə çatıb.

Bu barədə Meksika Mülki Müdafiə Xidmətinin "X" hesabında məlumat verilib.

Məlumata görə, hazırda qasırğa Cənubi Aşağı Kaliforniya ştatı ərazisindəki San-Lasaro burnu rayonundan keçir. Küləyin sürəti saniyədə 55 m-ə çatır və qasırğa 5 m/san sürətlə şimal-şərqə doğru hərəkət edir.

Meksika Mülki Müdafiə Xidməti daha əvvəl sakinlərə açıq məkanlardan külək tərəfindən sovrula biləcək asma tavanları, mebelləri və avadanlıqları yığışdırmağı, eləcə də daşqınların qarşısını almaq üçün damları və novları təmizləməyi tövsiyə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ