RU
Polşa Mərkəzi Bankının rəhbəri avroya keçidin ölkə üçün zərərli olacağını açıqladı
15:17
36

Polşa Mərkəzi Bankının rəhbəri avroya keçidin ölkə üçün zərərli olacağını açıqladı


Polşa Mərkəzi Bankının rəhbəri Adam Qlapinski ölkənin avroya keçidi ehtimalını "son dərəcə zərərli” adlandırıb. 

7NEWS.az xəbər verir ki, Avronu Polşanın pul vahidi halına gətirməyin xaricdə pul xərcləyən zənginlərə və xaricdə mülk sahibi olanlara fayda gətirəcəyini ifadə edən Qlapinski, "Polşanın avroya keçməsi ölkə üçün son dərəcə zərərli olacaq. Bizim Polşa pul vahidimiz var” deyə bildirdi. 

Qlapinski vurğulayıb ki, son aylarda faiz dərəcələri dəyişməsə də, zloti mənfi düşüncələrin əksinə olaraq möhkəmlənib və sabitləşib. 

Avrodan istifadə edən bəzi Avropa İttifaqı ölkələrində inflyasiyanın 20 faizi keçdiyinə diqqət çəkən Qlapinski, təkbaşına avroya keçidin inflyasiya ilə mübarizəyə kömək etməyəcəyini bildirib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ