RU
Polşa Prezidenti ikinci dəfə koronavirusa yoluxub
19:00
206

Polşa Prezidenti ikinci dəfə koronavirusa yoluxub

Polşa Prezidenti Andjey Duda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat katibi Pavel Şrot "Twitter"də bildirib.
"Prezident aparatında və prezidenti müşayiət edən şəxslər arasında xəstəlik halları ilə əlaqədar prezident Duda koronavirus testindən keçib və nəticə müsbət çıxıb. Prezident özünü yaxşı hiss edir, kəskin simptomları yoxdur, həkimlərin nəzarəti altındadır”, - Şrot yazıb.

Qeyd edək ki, Prezident Duda ilk dəfə 2020-ci ilin oktyabrında koronavirusa yoluxub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ