Polşa Prezident Sarayına daxil olaraq "vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə 2 il həbs cəzası almış keçmiş daxili işlər naziri Kaminski və onun müavini Vasiki saxlayıb.
7NEWS.az xəbər verir ki, Polşada polis Prezident Sarayına basqın edib. Polşa polisi Prezident Sarayına daxil olaraq "vəzifə səlahiyyətlərindən sui-istifadə” və "korrupsiyaya təhrik” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən keçmiş daxili işlər naziri Mariuş Kaminski və onun müavini Maçej Vasiki saxlayıb.
7NEWS.az








