RU
“Pomidor savaşı”ndan “buğda müharibəsi”nə: Gərginlik pik həddə
14:43
520

“Pomidor savaşı”ndan “buğda müharibəsi”nə: Gərginlik pik həddə

7News.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya və Türkiyə arasında gərgin münasibətlər yenidən pik həddə çatıb.

"Buğda üçün qoyulan məhdudiyyət aradan qaldırılmadan bizim tərəfimizdən heç bir addım atılmayacaq. Buğda qadağası ləğv edilmədən biz addım atmayacağıq”. Bu sözləri Rusiyanın baş nazirinin köməkçisi Arkadi Dvorkoviç deyib. 

Xatırladaq ki, Türkiyə 15 martda buğda və bir sıra məhsulun rüsumsuz idxal edildiyi ölkələrin yer aldığı siyahıdan Rusiyanı çıxarmışdı. Rusiyanın "Kommersant" qəzeti Türkiyənin bu addımını Rusiyanın Türkiyədən alınan pomidora  qadağa qoyması ilə əlaqələndirib.

Qeyd edək ki, Türkiyənin Rusiyaya ixrac etdiyi 13 növ məhsula Rusiyada qadağa qoyub.//cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ