ABŞ dövlət katibi Mayk Pompeo Türkiyəyə səfərə gəlib.
7News.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, onun səfərinin məqsədi Səudiyyə Ərəbistanının Ankaradakı səfirliyinə girdikdən sonra yoxa çıxan müxalif jurnalist Camal Kaşıkçının məsələsini müzakirə etməkdir.
Səfər çərçivəsində Pompeo Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Ərdoğan Moldovaya səfərindən əvvəl Esenboğa aeroportunda Pompeo ilə müzakirələr aparacaq.
7News.Az








