RU
Poroşenko Türkiyəyə gedir
15:22
1082

Poroşenko Türkiyəyə gedir

Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyəyə işgüzar səfər edəcək.

7news.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, səfər bu gün baş tutacaq.

Məlumata görə, Poroşenko İstanbulda keçiriləcək Ümumdünya Humanitar Sammitdə iştirak edəcək.

Ukrayna prezidenti sammitdə plenar iclasda çıxış edəcək, eyni zamanda siyasi liderlərin münaqişələrin qarşısının alınması sahəsində rolu ilə bağlı Dəyirmi Masada iştirak edəcək.

Səfər 2 gün davam edəcək.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ