RU
13:36
1360

"Prado" ilə "VAZ 2107" toqquşdu: ölən var

Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

7News.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 25-də saat 09 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsində şəhər sakini Namiq Məmişovun idarə etdiyi “VAZ-2107” və Cəlilabad rayon sakini Elçin Əsgərovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş N.Məmişov orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

******

11:21

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. 

7News.Az xəbər verir ki, Corat qəsəbəsində "Toyota Prado" və "VAZ 2107" markalı iki minik avtomobili toqquşub. Nəticədə "VAZ 2107"nin 33 yaşlı sürücüsü aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ