RU
`Prezident `ASAN Xidmət`in fəaliyyətinə xüsusi önəm verir` - Samir Şərifov
14:40
478

`Prezident `ASAN Xidmət`in fəaliyyətinə xüsusi önəm verir` - Samir Şərifov

"Dövlətin bələdiyyələr qarşısında öhdəliyi yoxdur. Buna baxmayaraq, dövlət yenə onlara vəsait ayırır”

 

Bunu Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. 

Nazir bələdiyyələrə kifayət qədər vəsaitin ayrılmaması haqda deputatların iradlarına cavab verib: "Bələdiyyələr müstəqil gəlir imkanlarına malikdirlər. İri şəhərlədə gəlir imkanı daha yüksək, bəzi aqrar rayonlarda azdır. Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünə aydınlıq gətirməlidir".

S.Şərifov bildirib ki, bütün mənzil- kommunal təsərrüfatına ayrılan xərclərin 40%-i bu sahədə işləyənlərin əmək haqqının ödənilməsinə yönəldilib. 

"Bununla belə küçələrin süpürülməsi, abadlıq, tullantıların daşınması, parkların saxlanmsı mənzil- kommunal təsərrüfatına ayrılan vəsaitlər hesabınadır."

Nazir qeyd edib ki, "ASAN xidmət"lə bağlı proseslərin davam etdirilməsi nəzərdə tutulub.

"Prezident bu xidmətin fəaliyyətinə xüsusi önəm verir. "ASAN xidmət" korrupsiya ilə mübarizədə vacib alətdir. Növbəti illlərdə 2017-ci ildə Mingəçevir, Quba, İmişli rayonlarında "ASAN xidmət"in yaradılması nəzərdə tutulub".

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ