RU
Prezident ona orden verdi - SƏRƏNCAM
15:51
277

Prezident ona orden verdi - SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsrafil Mirzəhməd oğlu Qurbanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, İ.Qurbanov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavinidir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ