İrəvanda prezident Serj Sarqsyan və müdafiə naziri Seyran Ohanyanın istefası tələbi ilə aksiyalar keçirilir.
7News.az-ın məlumatına görə, şəhərin mərkəzində Baqramyan prospektindən başlayan mitinqdə iştirakçılar, 4 gün çəkən müharibə zamanı erməni ordusunun uğursuzluğu və verdiyi itkilərlə bağlı hökuməti günahlandırıblar və xalq arasında Hökumət bağları kimi tanınan əraziyə daxil olmağa çalışıblar. Əsas hədəf Sarqsyanın bu ərazidə yerləşən malikanəsi olub. Lakin polis aksiyaçılara mane olub, saxlanılanlar var.
Daha sonra mitinq iştirakçıları şəhərin mərkəzi meydanına yönəliblər. Onlar burda “Sarqsyan get, Ohanyan get” şüarını səsləndiriblər. Aksiyaçılar mitinqlərini daha bir neçə gün davam etdirmək niyyətindədirlər.








